Xurma festivalı.

Salam əziz balmil izləyiciləri bugün sizə ölkəmizin ən gözəl şəhərlərindən biri olan Balakən şəhərində keçirilən xurma festivalı haqqında qısa məlumat verəcəyik.

Xurma festivalı.

Xurma festivalı yalız Balakən şəhərində qeyd olunur. Çünki Balakən şəhərində xurma daha məhsuldar olur. Hər il təxminən Balakən şəhərində 15 min tondan çox xurma əldə edilir. Son zamanlar Balakən şəhərində ən gəlirli sahələrdən biri xurmadır. Xurmanın satışı üçün heç bir fermer əziyyət çəkmir. Onlar bazarlarla yanaşı Balxurma müəssəsinə də istehsala verirlər. Xurmanın məhsuldarlığı Balakən camaatını sevindirir. Və xurma nəinki daxili xarici bazarlara da idxal edilir. Balakəndə xurma ilə yanaşı qoz və fındıq da daha çox olur. Ilk dəfə xurma festivalı 2017-ci ildə Balakəndə Heydər Əliyev adı ilə adlandırılmış istirahət parkında həyata keçirilmişdir. Xurma festivalı hal- hazırda da qeyd olunmaqdadır. Festival Balakən rayon İcra Hakimyəti başçılığı altında keçirilir. Bu festivalda xurma ilə birgə xurmadan hazırlanmış müxtəlif yeməklər və modellər təqdim edilir. Burada insanlara xurmanın nə qədər faydalı bir meyvə olduğu haqqında geniş məlumat verilir. Festivalda yerli sakinlərlə yanaşı xarici ölkələrin vətəndaşlarıda iştirak edirdilər. Xurma festivalı kimi digər festivallar keçirilməyə davam edərsə bu turizimin inkişafına təsirsiz ötməmişdir.

Balxurma.

Balalkən şəhərində xurmanın məhsuldarlığı daha çox olduğuna görə Balakəndə xurmanın və digər meyvələrin qurudulması və ya basqa bir formada hazırlanması üçün Balxurma müəssəsi fəaliyyətə başladı
Balxurma- Balakən şəhərinin Katex kəndində inşa edilmişdir. Bina 2016-cı ildən etibarən fəaliyyət göstərir. Bu binada quru və yarım-quru meyvə istehsal olunur. Burada meyvələrin yuyudulması soyulması soyudulması və qablaşdırma işləri həyata keçirilir. Burada istehsal üçün məhsullar xaricdən deyil tam yerli yəni Balakən şəhərində fermerlərdən əldə edilir. Burda işlər tam gigiyenik qaydada həyata keçirilir. Bu müəssənin istehsal etdiyi hər bir meyvə qablaşdırılmış şəkildə nəinki yerli bazarlara hətta xarici bazarlara da idxal edilir. Bu müəssə həftəlik olaraq 20- 21 tona qədər istehsal gücünə malikdir. Bu müəssə ilboyu məhsul istehsal edir. Və buradan istədiyiniz meyvənin və ya gilə meyvənin qurudulmuş və ya digər bir formasını əldə edə bilərsiniz.

105 thoughts on “Xurma Festivalı”

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir