bakı haqqında .

Bakı haqqında

Salam əziz balmil izləyiciləri. Bugün sizə Bakı haqqında bacardığımız qədər ətraflı məlumat verəcəyik. Bakı Azərbaycan ölkəsinin paytaxtıdır. Bakının sahəsi təxminən 2130 km² dır. Bakı 11 rayondan ibarətdir.Bakı Abşeron yarımadasında yerləşir. Bakının tarixi Azərbaycan xalqının qiymətli sərvətlərindən biri olan neftlə bağlıdır. İlk dəfə neft Abşeron yarımadasında kəşf olunub . Azərbaycan neftlə yanaşı elm təhsil və idman mərkəzlərindən biridir. Ilk dəfə Bakıda qızlar məktəbi tikilmişdir. Bu məktəbin tikilməsinin səbəbkarı Hacı Zeynalabdin Tağıyev olmuşdur. Bu məktəbdə yalnız qızlar təhsil ala bilirdilər. Bakını çox gözəl gəzməli görməli yerləri var. Burada hal hazırda 50-dən artıq tarixi və memarlıq abidələri yerləşir. Bunların ən məhşurlarından Qız qalası Şirvanşahlar sarayını məsəl göstərmək olar.

 bakı haqqında .
Bakı haqqında .

 

Qız qalası

Qız qalası şəhərin ən görkəmli qala tikinti memarliq abidələrindən biridir. Qala bulvarın yaxınlığında yerləşir. Bu qalanın hündürlüyü 28 metr-dir. Qala 8 mərtəbədən ibarətdir. 1-ci mərtəbənin divarının qalınlığı təxminən 5 metr-ə bərabərdir. Qaladan arxaloji tapıntılar eramızdan əvvəl 3-cü əsrdən etibarən bu dövrə qədər davam etmişdir. Hal hazırda tapılan arxoloji tapıntılar muzeylərdə saxlanılır.

ŞirvanŞahlar sarayı

Şirvanşahlar sarayı 15-ci əsirdə tikilmişdir. Şirvanşahlar sarayı İçərişəhərdə yerləşir. Şirvanşahlar sarayını şəhərin incisi adlandırırlar. Bu sarayının tikilməsi 10 il davam etmişdir. Şirvanşahlar sarayı bütün saraylar içərisində ən qədim saray hesab edilir.1501-ci ildə Səfəvilər Bakını alarkən saray boşaldılmışdır. Sarayın içindəki hər nə var idisə Səfəvilər özləri ilə bərabər aparmışdılar. Saray 1998-ci ildə Ulu Öndər tərəfindən yenidən bərpa edildi. Bu sarayı görmək üçün bir çox ölkələrdən turistlər gəlirlər.

 

Bakı Bulvarı

Bakının ən gəzməli görməli yerlərindən biri olan bulvar insana cox gözəl bir əhvali-ruhiyyə bəxş edir. Bulvar dəniz kənarı park kimi də adlandırılır. Bulvar günü- gündən yenilənir. Bulvarda insanlar üçün şahmat oynamaq imkanı yaradılmışdır. Şahmat insanın riyazi təfəkkülünü inkişaf etdiri. Bulvar 1909 cu ildə tikilib. Yəni bu il bulvarın 111 illiyidir. Bulvar 3 əsas hissəyə ayrılır.

1. Köhnə bulvar
2. Yeni bulvar
3. Ağ şəhər bulvarı.

 bakı haqqında .
bakı haqqında .

Balmil.com səhifəsinə buyurduğunuza görə sizə dərin təşəkkür edirik .

By admin

101 thoughts on “Bakı haqqında”

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir