Qulaq ağrısından necə xilas olmaq olar

Salam əziz balmil.com sayıtının izləyiciləri. Bu gün sizlərə verəcəyimiz məlumatda qulaqda baş verən ağrıların qarşısını almağın müxtəlif üsullarını sizlərə izah edəcəyik. Qulaq ağrısı digər ağrılarla müqayisə etdikdə daha çox ağrılı xəstəliklərdən biridir.

Qulaq ağrısının müalicə üsulları

Kulak ağrısından nasıl kurtulurum
Kulak ağrısından nasıl kurtulurum

İndi isə sizlərə qulaq ağrısından asanlıqla və evdə hazırlaya biləcəyiniz dərman vasitələri haqqında məlumat verəcəyik.  Qulaq  ağrısı xəstəliyi  digər xəstəliklərdən fərqli olaraq bu xəstəlik yoluxucu deyil. Yəni sizin qulağınızın ağrıdığı zaman hər hansı bir insanla təmas qurmusunuzsa sizdəki xəstəlik təmasda olduğunuz insana yoluxmayacağından əmin ola bilərsiniz. İlk öncə demək istəyərdim ki bu xəstəliklə qarşılaşdığınızda həkim məsləhəti almağınız vacibdir. Həkim məsləhət görmədən heç bir ağrı kəsici dərmanlardan istifadə etməyin. Əks hallarda digər daxili orqanlarınıza zərər verə bilərsiniz.

Qulaq ağrısının qarşısını almağın birinci üsulu isti və ya soyuq parçalardan istifadə edə bilərsiniz. Bir parçanı isidərək və ya otaq temperaturundan aşağı temperatur olmaq şərti ilə soyudaraq ağrını hiss etdiyiniz qulağınızın üzərinə qoymalısınız. Parçanı 10 -15 dəqiqə qulağınızın üzərində saxlayın. Bunu gündə 1 – 2 dəfə olmaqla 4 gün davam etdirin.

Qulaq ağrısının qarşısını almağın ikinci üsulu isə zeytun yağından istifadə etməkdir. Zeytun yağını pipet vasitəsi ilə qulağınızın içinə tökün. Lakin zeytun yağı çox soyuq olmamalıdır təxminən otaq temperaturunda olması şərtdir.

  1. Ağrı hiss etdiyiniz qulağın arxa hissəsindən başlayaraq yavaş- yavaş masaj eləyin. 10- 15 dəqiqə masaj etdikdən sonra tədricən qulağınızda ağrıların azaldığını hiss edəcəksiz.
  2. Qulaq ağrısının qarşısını almaq üçün dördüncü üsulumuz sarımsaqdan istifadə etməkdir. İki hissə sarımsağı əzərək suyunu çıxarın. Əldə etdiyiniz sarımsaq suyunu qulağınza pipet vasitəsi ilə bir neçə damcı tökün. Bunu bir həftə boyunca davam etdirin. Bunu ilk dəfə istifadədən sonra fərqinə varacaqsınız.

Sarımsaqdan yalnız qulaq ağrısı zamanı deyil bir çox xəstəlikliklərə yoluxan zaman və ya yoluxma riskini azalmaq üçün də istifadə olunur. Sarımsağı bəzən ürəyin dostu da adlandırırlar. Çünki sarımsaq ürək döyüntüsünü tənzimləyir, damarlarda qanın surətini tənzimləyir və qan damarlarının genişlənməsinə kömək edir.

By admin

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir